RSK-nın təminat maşınları Xankəndi-Laçın yolundan növbəti dəfə maneəsiz keçib
27.12.2022
Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
"DM" xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus daha 2 təminat və təchizat maşını Xankəndindən Laçın istiqamətinə keçib.
Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.