Qazaxıstanda sükanı sağda olan avtomobillərə icazə veriləcək
26.12.2022
Qazaxıstanlılar sükanı sağda olan xarici avtomobilləri birdəfəlik leqallaşdıra biləcəklər.
Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin inzibati polis komitəsinin sədri Kaysar Sultanbayev bildirib.
Deputat Nurlan Beknazarovun sözlərinə görə, hazırda qanunvericilikdə Qazaxıstanda sükanı sağda olan avtomobillərin idarə edilməsinə dair qadağa var. Eyni zamanda, bəzi vətəndaşlar artıq xaricdən sağ sükanlı xarici nömrəli avtomobillər gətiriblər və indi onları qeydiyyatdan keçirə bilmirlər.
Mənbə: Sputnik Qazaxıstan