Peskov: Sammitdə ikitərəfli görüşlər olacaq
26.12.2022
Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmasa da, ikitərəfli görüşlər olacaq.
"DM" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, MDB liderləri Sankt-Peterburq sammiti zamanı ikitərəfli formatda danışmaq imkanı əldə edəcəklər:
"İkitərəfli təmaslar, təbii ki, olacaq. Sammitin böyük hissəsi qeyri-rəsmi şəraitdə keçiriləcək”.
Qeyd edək ki, MDB ölkələrinin qeyri-rəsmi sammiti 26-27 dekabr tarixlərində Sankt-Peterburqda baş tutacaq.