03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İrandakı aksiyaların yüzüncü günü: RƏQƏMLƏR

26.12.2022

İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə qarşı keçirilən etirazlar 100-cü gününə qədəm qoyur.

Keçən müddət ərzində İran təhlükəsizlik qüvvələri etirazçılara qarşı amansız davranıb, kütləvi həbslər edib, aksiyaçılara işgəncə veriblər.

BMT-nin İnsan Hüquqları Şurasının 35-ci xüsusi sessiyasında "16 sentyabr 2022-ci ildə başlayan etirazlarla bağlı İran İslam Respublikasında insan hüquqlarının pozulması halları”nı araşdırmaq üçün yeni faktaraşdırıcı missiya yaratmaq haqqında qərar qəbul edilib.

Molla rejimi isə ölüm hallarını az göstərməyə çalışaraq BMT-nin müstəqil monitorinq aparmasına əngəllər yaradır.

İranda öldürülənlərin dəqiq sayı bəlli deyil, bununla belə, bəzi hesablamalarla təhlükəsizlik qüvvələrinin zorakılığı nəticəsində həlak olanlar barədə müəyyən rəqəmlər səsləndirilir.

ABŞ-də mənzillənən "Human Rights Activists News Agency” bildirir ki, sentyabrın 16-dan dekabrın 20-nə qədər ən azı 506 etirazçı öldürülüb. Bildirilir ki, öldürülənlərdən ən azı 69 nəfəri azyaşlıdır.

İslam Respublikası saxlanılanların dəqiq rəqəmlərini təqdim etməsə də, nəzarət orqanları 652-si tələbə olmaqla ən azı 18 457 etirazçının həbs edildiyini bildirib.

Qeyd edək ki, İran bəzi etirazçılara ölüm hökmü də çıxarıb. Hazırda İranın altı vilayətinin altı şəhərində etiraz aksiyaları keçirilir. Ancaq etiraz fəallığının əvvəlki aylarda olduğu kimi artacağı istisna edilmir.

Etirazlar davam etdikcə İranın iqtisadiyyatı da çalxalanır, milli valyuta rial dollar qarşısında dəyər itirməkdə davam edir.