190 min şəxsin pensiyası dayandırılıb
26.12.2022
Araşdırmalar nəticəsində 32 mindən çox şəxsə artıq ödəmə verildiyi müəyyən olunub.
"DM" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
"Rəqəmlərin artması istisna edilmir. 2022-ci il ərzində 190 minə yaxın şəxsin əlilliyə görə pensiyası dayandırılıb. Səbəb isə əlillik müddətinin bitməsi olub. Yenidən müraciət edənlərin pensiyası tam bərpa olunub", - H.Məmişov qeyd edib.