Bakı ilə Moskva bu məsələdə razılığa gəlib
26.12.2022
Rusiya Azərbaycanla bu ölkənin daxili istehlakı üçün qaz tədarükünün artırılması ilə bağlı razılığa gəlib.
"DM" Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Gələcəkdə onlar (Azərbaycan-red) qaz hasilatını artırdıqda biz svop əməliyyatları müzakirə edə biləcəyik”, - Baş nazirin müavini bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya Qazaxıstan və Özbəkistan nümayəndələri ilə də bu ölkələrin daxili bazarlarına qaz tədarükünün artırılması ilə bağlı danışıqlar aparır.
Novak qeyd edib ki, Rusiya uzunmüddətli perspektivdə Əfqanıstan və Pakistana təbii qaz ixrac edə bilər.
"Əgər daha böyük perspektivdən danışsaq, o zaman bu, Əfqanıstana, Pakistana qaz ixracıdır: ya Mərkəzi Asiyada infrastruktur layihələrindən istifadə etməklə, ya da İran ərazisindən svop yolu ilə”, - Baş nazirin müavini vurğulayıb.
Bundan əvvəl Novak bildirib ki, Rusiya Federasiyası avropalı istehlakçılarla bu ölkədə qovşaq yaradıldıqdan sonra Türkiyə vasitəsilə qaz nəqlinin artırılmasını müzakirə edir və həmçinin Yamal-Avropa qaz kəməri ilə regiona qaz nəqlini bərpa etməyə hazırdır.