Qlazev İrəvana: Rubla keçin
24.10.2018
Maliyyə sanksiyalarının mövcud olduğu şəraitdə Ermənistan və Rusiya təbii qaz tədarükünə görə milli valyutada hesablaşma etməlidirlər.
"Dövran Media" xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin müşaviri Sergey Qlazev deyib.
"Rusiya Ermənistan və Avrasiya İttifaqının digər ölkələri ilə hesablaşmalarda dollardan istifadəyə izn verə bilməz. Dollar artıq zəhərli valyutaya çevrilib. Bizim münasibətlərimizdə dollardan istənilən istifadə siyasi risklər yaradır. Hesablaşmalarda milli valyutalardan istifadə müqavilə öhdəliklərindən və tərəfdaşların istəklərindən asılıdır”, – deyə o bildirib.