Azərbaycan Türkiyəyə 14,5 milyard ABŞ dolları dəyərində İNVESTİSİYA YATIRIB
24.10.2018
"Dövran Media" AzərTac-a istinadən xəbər verir ki,Azərbaycan Türkiyəyə 14,5 milyard ABŞ dolları dəyərində investisiya yatırıb.
Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər" adlı simpoziumda deyib. O bildirib ki, yatırılan investisiyaların 13 milyard dolları neft sektoruna, 1,5 milyard dolları isə qeyri-neft sektoruna yatırılıb. Türkiyənin isə Azərbaycana qoyduğu investisiyaların həcmi 11,8 milyard ABŞ dolları dəyərindədir ki, bunun da 9,1 milyard dolları neft, 2,7 milyard dolları isə qeyri neft sektoruna yönəldilib.