XİN rəhbərləri Laçın yolundakı vəziyyəti müzakirə edib
23.12.2022
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşündə Laçın yolundakı vəziyyət müzakirə olunub.
"DM" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiya XİN başçısı qeyd edib ki, bugünkü görüşdə Laçın yolundakı vəziyyət və Qarabağdakı filiz yataqlarının işlənməsi ilə bağlı məsələlər müzakirə edilib.