Bakı-Quba-Rusiya yolunun 64 kilometrlik hissəsi istifadəyə verilib
23.12.2022
Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 64 kilometrlik hissəsi istifadəyə verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli deyib ki, yol Prezident İlham Əliyevin tapşırığına əsasən, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində açılıb.
Açılış mərasimində AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov, Quba və Şabran rayonlarının icra hakimiyyəti başçıları iştirak edib.
Bildirilib ki, Qubadan Bakı istiqamətində yenidən qurulan 67 kilometrlik yolun son 3 kilometrində işlər 2023-cü ilin yanvar ayında tam başa çatdırılacaq.