Cəudiyyə Ərəbistanı terror təşkilatları və onlara sponsorluq edənlərin yeni siyahısını açıqlayıb
24.10.2018
İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (Sepahe Pasdarane Enqelabe Eslami, SEPAH) tərkibindəki xüsusi təyinatlı "Əl Qüds" qüvvələrinin komandanı, general-mayor Qasem Süleymani terrorçu, onun başçılıq etdiyi struktur isə "terror təşkilatı" elan olunub.
"Dövtan Media" Milli.az-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanının bu gün qəbul etdiyi qərarda belə deyilir.
ABŞ Dövlət Departamentinin əvvəllər qəbul etdiyi qərara əsasən, Səudiyyə Ərəbistanı "terror təşkilatlarına və qruplaşmalarına maliyyə və maddi yardımlar göstərmək, terrora sponsorluq etmək"də suçladığı şəxslərlə təşkilatların yeni siyahısını açıqlayıb.
Siyahıda İranın hərbçiləri, məmurları və təşkilatları ilə yanaşı, Əfqanıstanla Pakistandakı "Taliban"la bağlı şəxslərin adları da var:
1. Qasem Süleymani
2. Həmid Abdullahi
3. Əbdül Rza Şəhlai
4. "İran İslam İnqilabı Keşikçiləri Korpusu"
5. Məhəmməd İbrahim Ohadi
6. İsmayıl Rəzzavi
7. Abdullah Səməd Fəruqi
8. Məhəmməd Daud Müzəmmil
9. Əbdülrəhim Mənan
10. Məhəmməd Nəim Bariç
11. Əbdüləziz Şah Zamani
12. Sədr İbrahim
13. Hafiz Əbdülmay
Siyahını Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizliyi Şurası və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlər Mərkəzi (Terrorist Financing Targeting Center, TFTC) hazırladığından Fars Körfəzindəki monarxiyalar avtomatik olaraq qərara qoşulmuş sayılırlar.
ABŞ-ın da həmsədr olduğtu TFTC-nin qərarı Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman və Qətərdə keçərlidir.