Tatarıstanda prezident vəzifəsinin adı dəyişdirilib
23.12.2022
Tatarıstanda prezident vəzifəsinin adı dəyişdirilərək "rəis” olub. Tatarıstan Dövlət Şurasının profil komitəsinin plenar iclasında müzakirələrdən sonra qanun layihəsinə bununla bağlı dəyişiklik edilib.
Bu barədə komitənin sədri Albert Xabibullin xəbər verib.
"Tatarıstanın ən yüksək vəzifəli şəxsinin vəzifəsinin adı "Tatarıstan Respublikasının başçısı – rəis” olacaq”, - deyə o bildirib.
Parlamentdən o da vurğulanıb ki, vəzifənin adını qısaltmaq və yalnız "rəis” sözündən istifadə etmək mümkündür.
Məlumata görə, komitə dekabrın 22-də keçirilən iclasında bu qanun layihəsinin geri götürülməsini tövsiyə edib. Lakin dekabrın 23-də səhər saatlarında komitə mətbuata bağlı qapılar arxasında ikinci iclasını keçirib.
Yeni ad yalnız respublikanın yeni seçilmiş yüksək vəzifəli şəxsinə şamil olunacaq.
Mənbə: Tatarstan 24