AKP prezident seçkisinin vaxtını dəyişəcəkmi?
23.12.2022
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 2023-cü ilin 18 iyununda keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin vaxtının may ayına keçirilməsini təklif edib.
"DM" xəbər verir ki, bu barədə "Sabah” nəşri məlumat yayıb.
Məlumata görə, AKP ali məktəblərə qəbul imtahanları, məktəblər və yay tətili səbəbindən seçkinin vaxtının dəyişdirilməsini istəyir. Lakin Türkiyə müxalifəti hakim partiyanın bu ideyasını dəstəkləməyib.
Təklifin TBMM-də qəbul olunması üçün 360 səs alması lazımdır. Müxalifətin dəstəyi olmazsa, prezidentin öz səlahiyyətlərindən istifadə edərək, seçkinin vaxtını önə çəkəcəyi gözlənilir.
Qərarın 2023-cü ilin martına kimi Rəsmi Qəzetdə yayımlanması gözlənilir.