Sabiq məmur məhkəmədə ölüb - FOTO
23.12.2022
Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölüm hadisəsi baş verib.
"DM" xəbər verir ki, bu barədə ölən Şəmil Qədimovun vəkili Adəm Məmmədov məlumat verib.
"Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi”, - o əlavə edib.
Ş.Qədimov dələduzluqda təqsirləndirilirdi.
Qeyd edək ki, Qədimov Şəmil Əli oğlu Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin sabiq əməkdaşı olub.