Rəsmi Tehrandan Zelenskiyə xəbərdarlıq
23.12.2022
Zelenski bilməlidir ki, İranın əsassız ittihamlara qarşı səbri hüdudsuz deyil.
"DM" xəbər verir ki, bu bəyanatla İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani çıxış edib.
XİN rəsmisi Zelenskinin ABŞ Konqresində İrana qarşı səsləndirdiyi ittihamları pisləyib:
Kənani qeyd edib ki, İran guya Ukraynadakı münaqişədə istifadə üçün tərəflərdən heç birinə hərbi texnika tədarük etməyib.
O, həmçinin Ukrayna prezidentinə ABŞ-ın dəstəyi ilə hərəkət edən bəzi digər siyasi liderlərin taleyindən dərs çıxarmağı tövsiyə edib