Rusiyanın baş naziri Azərbaycan Prezidentini təbrik edib
23.12.2022
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Prezident.az xəbər verir ki, məktubda deyilir:
"Doğum gününüz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm.
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Ali səviyyədə qəbul edilmiş qərarların icrası məqsədilə ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, sənaye, energetika, nəqliyyat infrastrukturu və digər istiqamətlərdə qarşılıqlı faydalı iri layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb.
Sizinlə həmişə açıq və konstruktiv şəraitdə keçən görüşlərimizi səmimiyyətlə xatırlayıram. Etimada söykənən ünsiyyətimizin davam etməsinə şad olacağam.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm”.