Makrondan şok: Dünyanı Türkiyə idarə edəcək
23.12.2022
Dünən Fransa Prezidenti Emmanuel Makronun maraqlı müsahibəsi yayıldı. Makron bildirdi ki, ayrı təhlükəsizlik sisteminin yaradılması üçün iş gedir, burada Azərbaycan və Ermənistanı da görmək istəyirlər.
"DM" xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Fransa bir tərəfdən antiazərbaycan siyasəti aparır, digər tərəfdən isə məhəbbət və dostluq haqqında danışır:
"Belə məhəbbət olmur. Əgər Fransa xüsusi təhlükəsizlik sistemi yaratmaq istəyirsə, ilk növbədə dostu Ermənistanı beynəlxalq hüquqa əməl etməyə çağırmalıdır”.
Deputat bildirib ki, Fransa prezidenti belə təhlükəsizlik sisteminin yaradılmadığı təqdirdə dünyanı Türkiyə və Çinin idarə edəcəyini qeyd edib:
"Bu, prezidentə yaraşmayan hərəkətdir. Fransa niyə Türkiyə və Çinin qazandığı nüfuzu qazana bilmir? Bu ölkələr dünyanın problemlərinin həllinə töhfələr verirlər, Fransa isə problemləri daha da ağırlaşdırır, dostları özündən uzaqlaşdırır.
Son bəyanat bir daha göstərir k, Fransanın düşdüyü vəziyyəti normal qiymətləndirmək imkanı yoxdur. Əlbəttə, Azərbaycana aidiyyəti olmasaydı, bizim üçün Fransanın addımlarının elə də əhəmiyyəti olmazdı. İstərdik ki, Fransa ədalətsiz hərəkət etməsinin fərqlində olsun və bu siyasətini dəyişdirsin”.