21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Baş nazir: "Yaponiya da Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir"

24.10.2018

Yaponiya hökuməti Rusiya ilə ərazi məsələsinin həlli əsasında sülh müqaviləsi bağlamaq niyyətindədir.
"Dövran Media" xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Sindzo Abe bəyan edib.
Baş nazir qeyd edib ki, Rusiya ilə münasibətlər qeyri-normal vəziyyətdədir: "Ölkələr arasında 70 ildən çoxdur ki sülh müqaviləsi bağlanmayıb".
Onun sözlərinə görə, bununla belə, 2016-cı ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin Yaponiyaya səfəri nəticəsində əldə olunmuş razılaşmalar icra olunur:
"Adaların köhnə sakinləri artıq ikinci ildir ki, təyyarə ilə gələrək ata-babalarının məzarlarını ziyarət edirlər. Vladimir Putinlə etimada əsaslanan münasibətlər ərazi məsələsini həll etməyə və Rusiya ilə sülh müqaviləsi imzalamağa imkan verir. Biz ikitərəfli münasibətlərdə yeni era açırıq".
Qeyd edək ki, sentyabrın 12-də Şərqi İqtisadi Forum çərçivəsində Rusiya Prezidenti V.Putin Yaponiyanın Baş naziri S.Abeyə sülh müqaviləsi bağlamağı təklif etmişdi: "Gəlin, sülh müqaviləsi bağlayaq, lakin indi yox, ilin sonunadək və heç bir ilkin şərt irəli sürmədən. Düşünürəm ki, bu, bizim üçün 70 ildir öhdəsindən gələ bilmədiyimiz problemlərin həllini asanlaşdıracaq".
Lakin Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirmişdi ki, ərazi mübahisəsi həll olunanadək Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamayacaq: "Yaponiya Kuril arxipelaqının cənub adalarının qaytarılması üzrə danışıqları davam etdirməyə çalışacaq və yalnız bundan sonra sülh sazişi imzalana bilər".