"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Neft naziri Bijan Zəngənə deyib. Onun sözlərinə görə, bu şayiəni israillilər yayıblar.
Qeyd edək ki, bundan öncə İsrail mətbuatı Rusiya ilə İran arasında gizli razılaşmanın olduğunu bildirmişdi. Belə ki, bu razılaşmaya əsasən, İran ABŞ sanksiyalarından yayınmaq üçün öz neftini Xəzər dənizi vasitəsilə Rusiya neftayırma zavodlarına göndərəcəkdi. Bundan sonra İran nefti rus nefti kimi bazara çıxarılacaqdı.