21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şuşa Dövlət Qoruğu İdarəsinin Strateji İnkişaf planı təqdim edilib

22.12.2022

Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin Strateji İnkişaf planı təqdim edilib, idarəyə yeni daxili auditor təyin olunub.

Bu barədə  İdarənin İctimaiyyətlə əlaqələr və İnformasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova məlumat yayıb.

Onun sözlərinə görə, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Sayca ikinci iclas Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Aydın Kərimovun rəhbərliyi ilə baş tutub.

S.Məmmədova bildirib ki, iclasda Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktorunun müavini, icraçı direktor vəzifələrini müvəqqəti icra edən Tural Novruzov tərəfindən əsas hədəfləri özündə əks edən və icrası 2026-cı ilə qədər nəzərdə tutulan Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin Strateji İnkişaf planı Müşahidə Şurası üzvlərinə təqdim edilib və ümumi rəy nəticəsində qəbul olunub.

Eyni zamanda, Müşahidə Şurasının iclasında bir sıra təşkilati məsələlər də müzakirə olunub və Şuşa Dövlət Qoruğu İdarəsinə yeni daxili auditor təyin edilib.