“Böyük yeddilik” xarici işlər nazirləri Ukraynaya görə toplanırlar
22.12.2022
"Yeddilik” Qrupunun (G7) xarici işlər nazirləri cümə axşamı onlayn danışıqlar aparacaq
.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, onlar Ukrayna ətrafında vəziyyətlə bağlı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
"Dekabrın 22-də saat 21:30-dan (Bakı vaxtı ilə 16:30 – red.) xarici işlər naziri Yosimasa Hayasi G7 ölkələrinin xarici işlər nazirlərinin onlayn rejimdə keçiriləcək görüşündə iştirak edəcək. Nazirlər Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, G7 çərçivəsində əməkdaşlığı təsdiq edəcəklər”, - deyə nazirliyin bəyanatında bildirilib.
Medianın məlumatına görə, tərəflər Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfərinin və Ağ Ev rəhbəri Co Baydenlə görüşünün nəticələri fonunda Kiyevə gələcək dəstəyi də müzakirə edə bilərlər.
Mənbə: TASS