Akar: Ermənistanın Azərbaycan və Türkiyənin uzatdığı dostluq əlini tutmasını istəyirik
21.12.2022
Azərbaycanla həm kədər, həm də xoş gündə bir olduq. Azərbaycanın Vətən müharibəsində əlimizdən gələn bütün dəstəyi göstərdik.
"DM" xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulisi Akar Kayseridə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.
O, həmçinin, əlavə edib ki, Gürcüstan da Türkiyə və Azərbaycan üçün dost, önəmli regional bir dövlətdir.
Onun sözlərinə görə, tərəflər Cənubi Qafqaz və regiona dair bütün inkişaf və əməkdaşlıq perspektivlərini müzakirə edib: "Biz hərbi əməkdaşlıq sahəsində ciddi məsafə qət etdik və bunun bəhrəsini görürük. Ermənistanın Azərbaycan və Türkiyənin uzadılan sülh və dostluq əlini tutmasını, təxribatlardan çəkinməsini və sülh danışıqlarına yönəlməsini istəyirik”.