21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kəmaləddin Heydərov Süleyman Soylu ilə görüşüb

21.12.2022

Türkiyə Respublikasında keçirilən Türk Dövlətləri Təşkilatının Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirak etmək üçün Ankarada səfərdə olan Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş ölkənin daxili işlər naziri Süleyman Soylu ilə görüşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə məmnunluqla vurğulanıb ki, iki qardaş ölkənin liderlərinin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə sürətlə genişlənir. İstər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qardaş Türkiyə tərəfindən ən yüksək səviyyədə mənəvi və siyasi dəstəyin verilməsi, istər ötən ilin yayında Türkiyədə baş vermiş dəhşətli meşə yanğnları ilə mübarizədə Azərbaycanın göstərdiyi həmrəylik bu qardaşlıq münasibətlərinə bariz nümunədir.

Görüşdə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsi, o cümlədən birgə təlim və kursların təşkili məsələləri geniş müzakirə olunub. Ankara şəhərində yüksək səviyyədə təşkil olunmuş Türk Dövlətləri Təşkilatının Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşünün əhəmiyyəti qeyd olunub, bu tədbir çərçivəsində müzakirə olunan məsələlərin, xüsusilə fövqəladə hallarla mübarizə üzrə əlaqəli fəaliyyətin təşkili məqsədilə Türk Dövlətlərinin Mülki Müdafiə Mexanizminin yaradılmasının vacibliyi vurğulanıb. Həmçinin, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi ilə əlaqədar hazırlığın təmin olunması məsələlərində Türkiyə tərəfinin dəstəyi yüksək qiymətləndirilib və bu istiqamətdə işlərin uğurla davam etdiriləcəyinə əminlik bildirilib.