Bakı Gəmiqayırma Zavodunun direktoru işdən çıxarılıb
21.12.2022
Bakı Gəmiqayırma Zavodu MMC-nin direktoru İmamverdi Həsənov vəzifəsindən azad edilib.
"DM" xəbər verir ki, zavoda rəhbərlik Elşad Nuriyevə həvalə olunub.
O, həm də İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədridir.
Xatırladaq ki, Bakı Gəmiqayırma Zavodu 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarına yaxındır. İllik istehsal gücü 25 min ton metal konstruksiya zavodda indiyə qədər 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmir edilib və yaxud modernləşdirilib.