Gömrük Hospitalının baş həkimi işdən çıxıb
21.12.2022
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının rəisi, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov vəzifəsindən ayrılıb.
"DM" Report-a istinadən xəbər verir ki, o, öz təşəbbüsü ilə tutduğu vəzifəsindən çıxıb.
50 yaşlı E.Məmmədovun Dövlət Gömrük Komitəsinin 25 illiyi yubiley medalı da daxil olmaqla bir sıra təltifləri var.