Ermənistan Rusiyanı rəsmi şəkildə pisləyib
21.12.2022
Rusiya ya edə bilmir, ya etmək istəmir, ya da edə bilmir və etmək istəmir.
"DM" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın BMT-dəki nümayəndəsinin brifinq çıxışını şərh edərkən deyib.
"Müttəfiq tərəfdən bəyanat daha məqsədyönlü səslənə bilərdi, necə ki Ermənistanla ümumiyyətlə sıx əlaqələri olmayan ölkələr bunu edib”, - Simonyan azərbaycanlı ekoloji fəalların Qarabağda dinc aksiyası və Laçın yolunun rus sülhməramlıları tərəfindən bağlanması barədə danışarkən bildirib.