Reznikov və Budanova qarşı sui-qəsd cəhdi olub
21.12.2022
Bu günlərdə Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova qarşı sui-qəsd cəhdi olub.
"DM" xəbər verir ki, bunu Ukrayna Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Vasiliy Malyuk deyib.
O bildirib ki, Rusiyanın xüsusi xidmət orqanları davamlı olaraq belə səylər göstərir.
Xidmət rəhbəri cəhdin qarşısıının alındığını vurğulasa da, təfərrüatları açıqlamayıb