İranla bağlı faktaraşdırıcı komitənin üzvləri seçilib
21.12.2022
İranda qadın haqları uğrunda etirazların zorakılıqla yatırılmasını araşdırmaq üçün Birləşmiş Millətlər Təşkilatında komitə yaradılıb.
"DM" xəbər verir ki, banqladeşli vəkil Sara Hüseyn, pakistanlı hüquq eksperti Şahin Sərdar Əli və argentinalı insan haqları müdafiəçisi Viviana Krsticevic faktaraşdırıcı komitənin üzvü seçilib.
Qeyd edək ki, İran noyabrın 24-də İnsan Haqları Şurasının 47 üzvü tərəfindən bəyənilən bu beynəlxalq araşdırma qrupunun yaradılmasına qarşı çıxıb. Bu səbəbdən üç hüquq müdafiəçisinin öz missiyasını yerinə yetirmək üçün İrana gedə bilmək ehtimalı azdır.