Hulusi Akar və Zakir Həsənov bu ekipaj üzvləri ilə görüşüb
21.12.2022
Türkiyənin milli müdafiə naziri Hulusi Akar 10 aydır Ukraynada qalan və ötən gün Kayseriyə qayıdan təyyarələrin ekipaj üzvləri ilə görüşüb.
"DM" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.
Qeyd edək ki, Zakir Həsənov Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin Kayseridə keçiriləcək növbəti iclası ilə bağlı Türkiyədə rəsmi səfərdədir.
Xatırladaq ki, humanitar yardım aparan və Türkiyə vətəndaşlarını təxliyə etmək məqsədi ilə Ukraynaya gedən, lakin hava məkanının qapadılması səbəbindən Borispol aeroportunda qalan 2 ədəd A400M təyyarəsi ötən gün Kayseriyə qayıdıb.