İranda etirazlarda öldürülənlərin sayı artıb
21.12.2022
İranda davam edən etiraz aksiyalarında 69-u uşaq olmaqla 506 nəfər hökumət məmurları tərəfindən öldürülüb.
"DM" xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat verib.
Məlumatda 652-i tələbə olmaqla 18457 etirazçının saxlanıldığı deyilir. Həbslərdən başqa, tələbələrin universitetlərdən qovulma faktları da artıb.
Etirazçılar ümumilikdə 161 şəhərdə İranın idarəetmə sisteminə qarşı etiraz aksiyaları keçirib, 144 universitet tələbələri nümayişləri dəstəkləyib.