Şura sədri:“Kimisə hansısa istiqaməti seçməyə məcbur edə bilmərik”
21.12.2022
"Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə 15-17 yaxşı yeniyetmələr arasında yeni metodikanın tətbiqinə başlayırıq”.
"DM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, yeni metodla biz yalnız məsləhət verə bilərik:
"Biz heç kimi məcbur edə bilmərik ki, kimsə mütləq hansısa istiqaməti seçsin. Biz bu metodika ilə bağlı bir sıra araşdırmalardan sonra bunun tətbiqini önəmli hesab etdik. Burada çox vacib məsələ maarifləndirmə tədbirləridir. Hesab edirəm ki, bizim bu qurumlarla birgə işimiz daha uğurlu ola bilər”.