03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"İsveç və Finlandiyadan konkret addımlar istəyirik"

20.12.2022

"Biz İsveç və Finlandiyadan gəlişi gözəl sözlər eşitmək istəmirik, konkret addımlar görmək istəyirik”.

"DM” "CNNTurk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bülent Keneşi İsveçin ekstradisiya etməməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Bülent Keneşin Türkiyəyə təhvil verilməməsi çox pis nəticədir.

Nazir qeyd edib ki, İsveç xarici işlər naziri dekabrın 22-də Ankaraya səfər edəcək:

"Bizim görüşlərimiz olacaq”.

Qeyd edək ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün ərizə verib. Üzvlük üçün Türkiyə onların qarşısında terrorçuların təhvil verilməsi şərtinin irəli sürüb.

Bülent Keneş FETÖ-çu jurnalistdir. O, hazırda İsveçdə yaşayır.