Kəmaləddin Heydərov Türkiyəyə səfərə gedib
20.12.2022
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatının (TDT) Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirak etmək üçün qardaş Türkiyə Respublikasına səfərə yola düşüb.
Bu barədə FHN-dən bildirilib.
Səfər çərçivəsində K.Heydərovun Ankara şəhərində təşkil edilən TDT-nin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirakı, eləcə də Türkiyənin əlaqədar dövlət qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.