Messiyə 1.4 milyardlıq TƏKLİF
09.02.2018
Lionel Messi üçün edilən təklif transfer rekordlarını alt-üst edib.
Çinin futbol komandası olan "Hebei China Fortune" Messi üçün 1,4 milyard avrodan keçməyə hazır olduğunu bildirib.
"Hebei China Fortune" Messi ilə 700 milyon avroluq müavilə imzalamağı qərara alıb.
Çinin yeni qaydalarına əsasən, komanda transfer haqqı üçün eyni məbləğdə vergi ödəməlidir. Bu da "Hebei China Fortune" üçün daha 700 milyon avro sərf etmək deməkdir.
Çində edilən araşdırmaya görə ölkədə ən çox sevilən idmançı Messidir. Messinin bu təklifə nə cavab verəcəyi maraqlıdır./aznews/
"DM"