Xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması qaydası təkmilləşdirilib
20.12.2022
Xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması qaydası təkmilləşdirilib.
"DM" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanun "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının 25-ci (müsadirə edilən əmlak) maddəsinin icrası məqsədilə hazırlanıb. Həmin maddəyə uyğun olaraq tərəf bu Konvensiyanın 23-cü və 24-cü maddələrinə uyğun olaraq müsadirə etdiyi əmlaka sərəncamı öz milli qanunvericiliyinə və inzibati prosedurlarına uyğun həyata keçirir. Tərəf bu Konvensiyanın 23-cü və 24-cü maddələrinə uyğun olaraq digər tərəfin təqdim etdiyi sorğu əsasında hərəkət etdikdə tərəflər milli qanunvericiliyin yol verdiyi həddə və müvafiq sorğu təqdim edildikdə, cinayətdən zərərçəkmiş şəxslərə kompensasiyanın ödənilməsi və əmlakın qanuni sahiblərinə qaytarılması məqsədilə müsadirə olunmuş əmlakın sorğu edən tərəfə qaytarılmasının mümkünlüyünü prioritet olaraq nəzərdən keçirirlər.