Şahin Bağırov polkovniki işdən çıxarıb - FOTO
20.12.2022
Dövlət Gömrük Komitəsində (DGK) daha bir vəzifəli şəxs işdən çıxarılıb.
"Qaynarinfo”nun məlumatına görə, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polkovnik Bərzani Həsənov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Hələlik onun yerinə təyinat yoxdur.