Rusiyada MDB ölkələri başçılarının qeyri-rəsmi görüşü keçiriləcək
20.12.2022
Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.
Bu barədə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev xəbər verib.
O, qarşıdan gələn görüşü vacib adlandırıb.
"Rusiya prezidentinin dəvəti ilə bu görüş dekabrın 26-27-də baş tutacaq. Ümid edirik ki, bu, əməkdaşlığımıza əlavə təkan verəcək”, - deyə Lebedev Minskdə bildirib.
Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının rəsmi sammiti oktyabrın 14-də Astanada keçirilib.
Mənbə: "Ria Novosti” "Telegram” kanalı