Türkiyədə həmvətənlərimiz bilik yarışı keçirib
19.12.2022
Türkiyənin Əskişəhər şəhərində keçirilən "Turan” intellektual müsabiqəsi çərçivəsində Nəsrəddin Tusinin adını daşıyan bilik yarışı keçirilib.
"DM" xəbər verir ki, müsabiqə Əskişəhər Azərbaycanlıları Dərnəyi tərəfindən təşkil olunub.
Müsabiqə mədəniyyət, ədəbiyyat, biologiya, coğrafiya, incəsənət, texnologiya, kimya, siyasət, riyaziyyat, idman, musiqi, tarix, fizika, fəlsəfə və digər elm sahələrini əhatə edib. Yarışda "Ulduz” komandası qalib gəlib. Sonda qaliblərə mükafat təqdim olunub