SEPAH və Bəsic üzvləri öldürülüb
19.12.2022
Pakistanla sərhəddə İran İslam İnqilabı Keşikçiləri Korpusunun 4 üzvü terrorçu qrupların hücumu nəticəsində həlak olub.
"DM" xəbər verir ki, bu barədə "Tasnim” agentliyi məlumat yayıb.
"Bu gün səhər terrorçu qruplarla SEPAH-ın Seravan qəsəbəsindəki 44-cü briqadasının qüvvələri arasında qarşıdurma baş verib. Nəticədə SEPAH zabiti Məhəmməd Qudarzi, "Bəsic” təlükəsizlik qüvvələridən Rəhim Baxş-Pərəki, Həmidrza Abidi və Mahmud Nihaqzadə öldürülüb”, - məlumatda bildirilir.
Bildirilir ki, İran təhlükəsizlik qüvvələrinin cavab atəşi nəticəsində terrorçular qaçmağa məcbur olub.