10 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Rusiya və Çin birgə dəniz təliminə başlayır

19.12.2022

Rusiya Çinlə birgə dəniz təlimlərinə başlayır.

"DM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, artıq Rusiyanın Sakit okean Donanmasının qrupu "Varyaq” raket kreyserinin başçılığı ilə təlimlərdə iştirak üçün Vladivostokdan yola düşüb.

"Təlimlərin aktiv hissəsində hava və dəniz hədəflərinə birgə raket və artilleriya atışlarının aparılması, o cümlədən silahların praktiki tətbiqi ilə sualtı qayıqlara qarşı hərəkətlərin məşq edilməsi planlaşdırılır”, - məlumatda deyilir.

Qeyd edək ki, təlimlər Şərqi Çin dənizində dekabrın 21-dən 27-dək keçiriləcək.