Saxlanılan etirazçı işgəncəyə görə həyatını itirib
19.12.2022
Ümumi etirazlarda hökumət qüvvələri tərəfindən həbs edilən Məhəmməd Hacı Rəsulpur Qolipur xəstəxanasında vəfat edib.
"DM" xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Bildirilir ki, Məhəmməd Hacı Rəsulpur işgəncələr səbəbilə koma vəziyyətinə düşüb. O, komadan ayılmayaraq 5 gün sonra həyatını itirib.
Qeyd edək ki, ümumi etirazlar başlayandan bir dəfə həbs edilib, zaminə buraxılan Məhəmməd Hacı Rəsulpuru molla rejiminin qüvvələri dekabrın 14-də Bukan şəhərindəki mağazasında növbəti dəfə həbs etmişdi.