Pakistan Hindistanı nüvə ilə hədələyib
19.12.2022
Atom bombasının bizdə olduğunu unutmayın. Lazım gələrsə, ondan istifadə etməkdən çəkinməyəcəyik.
"DM" xəbər verir ki, bunu Pakistanın yoxsulluğun azaldılması və sosial müdafiə naziri Şazia Marri söyləyib.
Qeyd edək ki, Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto Zərdari BMT-nin Nyu Yorkdakı baş qərargahında verdiyi bəyanatda Hindistanın Baş naziri Narendra Modini "Qucarat qəssabı” adlandırıb.
Zərdarinin bu açıqlaması Hindistanda etirazla qarşılanıb və bəzi şəhərlərdə aksiyalar keçirilib.
Xatırladaq ki, Qucarat ştatının baş naziri olan zaman Narendra Modi 2002-ci ildə əksəriyyəti müsəlman olmaqla 2000-dən çox insanın ölümünə səbəb olan iğtişaşların qarşısını almamaqda ittiham olunur.