21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İndoneziya gəncləri Laçın yolunda

19.12.2022

Məlum olduğu kimi, bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF ARM) İdarə Heyəti Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya dəstəyi ifadə edən bəyanatla çıxış edib.

"DM" xəbər verir ki, sənəddə Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin hələ də bu tipli monitorinqlərdən kənar və nəzarətsiz qalması təəssüflə bildirilir, eyni zamanda keçiriləcək monitorinqlərin obyektivliyini təmin etmək məqsədilə, Azərbaycan ekoloji könüllülərinə dəstək olaraq Avrasiya regionu gənc ekoloqlarından ibarət heyətin monitorinqlərə qatılmasına hazırlıq ifadə olunur.

Sözügedən bəyanata dəstək olaraq artıq bir neçə müsəlman gənclər təşkilatı IƏGF Avrasiya Regional Mərkəzinin bu aksiyasına öz dəstəklərini bildiriblər. İndoneziya Milli Gənclər Şurası və İndoneziya İƏT Gənclər Təşkilatı müvafiq bəyanatlarla çıxış edərək, azərbaycanlı ekoloqların Qarabağda keçirdiyi monitorinqə öz dəstəklərini ifadə ediblər, onların qarşısında yaradılan süni maneələrin qısa zamanda aradan qaldırılmasına, eləcə də indoneziyalı gənclərin Azərbaycanın haqq işi ilə həmrəy olmağa çağırış ediblər. İndoneziyanı təmsil edən gənclər qurumları qısa zamanda Cənubi Şərqi Asiya bölgəsindən olan gənc ekoloqlardan ibarət qrupu Qarabağa göndərilməsini təmin etməyə hazır olduğunu bildiriblər.

Bu bəyanatda İƏGF Avrasiya Regional Mərkəzinin başladığı eko aksiyaya həmrəylik və dəstək ifadə olunur.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutu və Gənc Diplomatiya Forumu analoji bəyanatlarla çıxış ediblər.