Aİ 168 Rusiya şirkətini sanksiya siyahısına daxil edib
16.12.2022
Rusiyaya məxsus 168 hərbi sənaye, dağ-mədən və energetika sektoruna aid şirkət Avropa İttifaqının (Aİ) qara siyahısına daxil edilib.
"DM" xəbər verir ki, bu barədə Avropa Komissiyası rəhbərinin müavini Valdis Dombrovskis "Twitter"də yazıb.
"Aİ Rusiyaya qarşı 9-cu sanksiya paketi razılaşdırılıb, yaxın günlərdə həyata keçiriləcək”, - Dombrovskis qeyd edib.
"Həmçinin Rusiyanın energetika və dağ-mədən, Rusiya biznesinin xidmət sektoruna (reklam, bazar araşdırması, ictimai rəy sorğuları və s.) investisiya qadağalarını genişləndiririk”, - o vurğulayıb.