İlham Əliyevin təşəbbüsü ilə Bakıda zirvə görüşü keçiriləcək
16.12.2022
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2 mart 2023-cü il tarixində Bakıda Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclası keçiriləcək.
Bunu xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda BMT-nin mənzil qərargahında Pakistanın sədrliyi ilə keçirilən "Qrup 77 və Çin” təşkilatının Nazirlər İclasında iştirak edərkən deyib.
Nazir müavini QH üzv dövlətlərinin sözügedən tədbirdə ən yüksək səviyyədə iştirakının tədbirin uğuruna xüsusi töhfə verəcəyini vurğulayıb.