Dünyanın ən uzun dəniz körpüsü AÇILDI
23.10.2018
"Dövran Media” xəbər verir ki, bu gün Çinin cənubunda, uzunluğu 55 kilometr olan dünyanın ən uzun dəniz körpüsüsünün rəsmi açılışı olub.
Çinin Honkonq, Makao və Quandun əyalətinin Çjuxay şəhərlərini birləşdirən körpünün açılış mərasimi Çjuxayda kecirilib. Mərasimdə ÇXR sədri Si Cinpin və ölkənin digər rəsmi şəxslər iştirak edib. Təxmini hesablamalara görə 2030-cu ilədək körpüdən 29 min nəqliyyat vasıtəsi, 120 mindən çox sərnişin keçəcək. Bu körpünün üç şəhər arasında iqtisadi əlaqələrə və dircəlişinə əhəmiyyətli dərəcədə faydalı olacağı gözlənilir.
"DM”