21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qaşıqçı əməliyyatının “beyni” də Səudiyyəyə qaçdı

23.10.2018

Jurnalist Camal Qaşıqçının ölüm hadisəsini planlayan və əmrləri verən şəxsin İstanbuldakı Baş Konsulluğun attaşesi Əhməd Abdullah Almuzaini olduğu iddia edilib.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, Almuzaini Qaşıqçı Baş Konsulluqdan görüş üçün vaxt istədikdən sonra Ər-Riyada gedib. Oktyabrın 1-də vəliəhd Məhəmməd bin Salmanın kəşfiyyat rəhbəri Əhməd Asiridən əmr və planları əldə edərək geri qayıdıb.
Attaşenin 15 nəfərlik sui-qəsd dəstəsindən asılı olmadan hərəkət etməsi, Ər-Riyada gedib-qayıtma qrafikinin sıxlığı Almuzaininin "Qaşıqçı əməliyyatının beyni” olduğu haqda iddia yaradıb. Qaşıqçının ölümündən sonra attaşe yenidən öz ölkəsinə qayıdıb. Onun da baş konsul kimi vəzifəsinin icrasına geri dönməyəcəyi qeyd olunur.