09 04 2025-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

DTX əməliyyatı: Naxçıvanda yeni saxlanılanlar var

16.12.2022

DTX Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasını araşdırmağa başlayıb.

"DM" xəbər verir ki, bu barədə Ovqat.com yerli mənbələrlə istinadla məlumat yayıb.

Bildirilib ki, xəstəxananın baş həkimi Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nın Naxçıvan Baş İdarəsinə aparılıb.

Saxlanılanların ciddi maliyyə oğurluğunda ittiham edildiyi vurğulanır.

Qeyd edək ki, baş həkimin müavini Ramazan Abbasov yayda keçirilən attestasiya imtahanlarında 60 keçid balından cəmi 11 bal topladığı iddia edilir.