Hamı aksiyanın nəticəsini gözləyir
16.12.2022
Bu gün bütün xalq Şuşa-Xankəndi yolunda baş verən hadisələrin nə ilə nəticələnəcəyini gözləyir.
"DM" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Millət vəkili bildirib ki, Rusiya sülhməramlıları artıq iki ildir ermənilərlə birlikdədir, onların düşüncəsini, hərəkətini bilir:
"İndi isə bir neçə gündür bizim musiqiləri dinləyir, fikirləri anlayırlar. Bu, Azərbaycan xalqının birliyinin nəticəsidir. Bundan başqa, Ermənistan dünyaya car çəkir ki, Xankəndi ilə əlaqələri kəsilib. Təbii ki, bununla bağlı bizim cavabımız olmalıdır. Bura Azərbaycan torpaqlarıdır, orada necə davranacağını Azərbaycan özü müəyyən edir. Azərbaycanlıların qanunsuz hərəkət edən ermənilərə hər vaxt etiraz etmək hüququ var”.