Əhali arasında Zəngəzur dəhlizi ilə bağlı SORĞU
16.12.2022
Azərbaycan cəmiyyəti Zəngəzur dəhlizinin açılması perspektivləri barədə nikbindir.
"DM"-nın xəbərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin 5 dekabr-11 dekabr 2022-ci il tarixində əhali arasında keçirdiyi rəy sorğusu əsasında məlum olub ki, "Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı” sualına cavab verənlərin əsas hissəsi, yəni 63,1 faizi Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına tam inandığını, 25,9 faizi əsasən inandığını bildirib. Respondentlərin 4,1 faizi əsasən inanmadığını, 4,1 faizi heç inanmadığını ifadə edib. Rəyi öyrənilənlərin 2,8 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Qeyd edək ki, sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 390 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb və 12 iqtisadi rayonu əhatə edib. Seçmə çərçivəsi beynəlxalq metodologiyaya uyğun və əhali sayına proporsional müəyyən edilib. Sorğunun nəticələri 95 faiz əminlik intervalında olmaqla xəta əmsalı 5 faizə bərabərdir.